Yuxarı
    Bağlamaq

    İsmayıllı sakininə qarşı 50 min manatlıq dələduzluq edilib

    Faktla bağlı araşdırma aparılır

    Bakı. 13 dekabr. REPORT.AZ/ İsmayıllı rayon sakininə qarşı 50 000 manatlıq dələduzluq edilib.

    "Report" xəbər verir ki, hadisə Bakı şəhəri, Binəqədi rayonunda qeydə alınıb.

    Məlumata görə, İsmayıllı rayon sakini 1992-ci il təvəllüdlü Usubov Məmməd İlqar oğlu hüquq-mühafizə orqanlarına yazılı şəkildə bildirib ki, 2015-ci ilin fevral ayında 1990-cı il təvəllüdlü Sahib Səfərov və 1963-cü il təvəllüdlü Tahir Sadıqov onu aldadaraq  50 000 manat pulunu alıb və geri qaytarmayıb.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi