Bakı. 27 avqust. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) İsmayıllıda meşə yanğını ilə bağlı məlumat yayıb. Nazirlikdən Report-a verilən məlumata görə, İsmayıllı rayonu, Qaraqaya kəndində dağlıq ərazidə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanır. Yanğının söndürülməsinə nazirliyin Aviasiya Dəstəsindən 1 ədəd təyyarə, 2 ədəd helikopter, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə texnikası və şəxsi heyəti cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.
İsmayıllıdakı meşə yanğının söndürülməsinə təyyarə və helikopterlər cəlb olunub
Hadisə
27 Avqust , 2014
14:06
https://static.report.az/photo/a0bf8227-2058-4673-90dd-e8e3a22635e1.jpg
İngilis versiyası
Aircraft and helicopters involved to extinguish the fire in the forest of Ismayilli