Bakı. 9 iyul. REPORT.AZ/ Avtomobil təmiri sexində işləyən Səid adlı şəxs ona təmir üçün verilən avtomobili icazəsiz idarə edərək yol-nəqliyyat hadisəsi törədib. Bu barədə "Report"a
Nazirlikdən bildirilib ki, iyulun 7-si saat 22 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yerləşən avtomobil təmiri sexində işləyən Səid adlı şəxs ona təmir üçün verilən Bakı şəhər sakini Nazim Göyçəyevə məxsus “Mercedes” markalı avtomobili icazəsiz idarə edərək onu paytaxt sakini Nərminə Muradovanın idarə etdiyi “Hyundai” markalı avtomobilə vurub və sonra hadisə yerini tərk edib. Nəticədə N.Muradovanın sərnişini bacısı Gülsümə xəstəxanaya gətirilib.