​İŞİD sumqayıtlı döyüşçüsünü edam edib - FOTO

​İŞİD sumqayıtlı döyüşçüsünü edam edib - FOTO O, əvvəllər Əfqanıstandakı silahlı qruplaşmaların tərkibində döyüşüb
Hadisə
19 Yanvar , 2015 10:54
​İŞİD sumqayıtlı döyüşçüsünü edam edib - FOTO

Bakı. 19 yanvar. REPORT.AZ/ İŞİD Azərbaycanın Sumqayıt şəhər sakini olan Sirac Azəri adlı döyüşçüsünü edam edib.

"Report" "Timeturk"ə istinadən xəbər verir ki, son zamanlar İŞİD-in müsəlmanlara qarşı cinayətlərinə qruplaşma daxilində etirazlar baş qaldırıb. Bu cür etirazların qarşısını almaq üçün İŞİD saxta məhkəmələr quraraq, belə yaraqlıları "xarici ölkənin casusu olması" ittihamı ilə edam edir.

Xəbərdə bildirilib ki, Sirac Azəri də bu "ittihamla" öldürülüb.

Məlumata görə, o, əvvəllər Əfqanıstandakı silahlı qruplaşmaların tərkibində döyüşüb.

Xatırladaq ki, ötən həftə İŞİD iki yaraqlısını Rusiya Baş Kəşfiyyat İdarəsinə "casusluq" etməkdə ittiham edərək, edam edib. Onların hər ikisinin Qazaxıstan vətəndaşı olduğu haqda məlumat yayılıb.

Son xəbərlər

Orphus sistemi