Yuxarı

​İŞİD-in tərkibində vuruşan azərbaycanlılar barələrində olan hökmdən apellyasiya şikayəti verib

Şikayətə oktyabrın 28-də baxılacaq

Bakı. 27 oktyabr. REPORT.AZ/ Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Qurbanlı Elşən Əbülfət oğlu, Əzizov Kamran İltifat oğlu, Məmmədov Tural Fazil oğlu, Rəsulov Bəhruz Aydın oğlu və Əlixanov Nadir Mahir oğlu barələrindəki hökmdən apellyasiya şikayəti verib.

“Report”un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsinə təqdim edilən şikayətə oktyabrın 28-də baxılacaq.

Qeyd edək ki, Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətlərində iştirak etdikləri üçün təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Bəhruz Rəsulov 12 il, Nadir Əlixanov 13 il, digər təqsirləndirilən şəxslərin hər biri isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi