İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlıların şikayəti əsasında məhkəmə başlayıb

İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlıların şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti iclası noyabrın 25-nə təyin edilib
Hadisə
12 Noyabr , 2016 12:48
İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlıların şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 12 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Suriyada İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən Rufan Ağcabəyov və Marfin Vladimir barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

"Report"un xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası noyabrın 25-nə təyin edilib.

Qeyd edək ki, R.Ağcabəyov və M.Vladimir keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilən antiterror tədbirləri nəticəsində həbs ediliblər. İttiham aktına əsasən, hər iki şəxs 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Faktlarla bağlı ləğv edilən MTN İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, Xaçmaz rayonunda anadan olan R.Ağcabəyovun qardaşı Urfan Ağcabəyov Suriyada gedən döyüşlər zamanı öldürülüb. Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində bir neçə il əvvəl beynəlxalq axtarış elan edib və "İnterpol" üzrə axtarışa verilib. Hər iki qardaş Qarabağ müharibəsi iştirakçısı olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Ağcabəyov 13 il, V.Marfin isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

Son xəbərlər

Orphus sistemi