İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlıların şikayəti əsasında məhkəmə başlayıb

İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlıların şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti iclası yanvarın 24-nə təyin edilib
Hadisə
18 Yanvar , 2018 09:28
İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlıların şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində İŞİD terror təşkilatının təkibində döyüşməkdə təqsirləndirilən Afiq Qəhrəmanov və Rəşadət Qasımovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

“Report"un məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası yanvarın 24-nə təyin olunub.

Qeyd edək ki, A.Qəhrəmanov və R.Qasımov antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, Azərbaycan hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərin törədilməsində təqsirləndiriliblər.

A.Qəhrəmanov və R.Qasımov Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə ittiham olunublar.

Hər iki şəxs İŞİD terror təşkilatının sıralarına qoşulduqdan sonra Azərbaycana qayıdarkən həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Qəhrəmanov 10 il, R.Qasımov isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

Son xəbərlər

Orphus sistemi