İŞİD-ın tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlıların məhkəməsi davam etdirilib

İŞİD-ın tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlıların məhkəməsi davam etdirilib Onlar ibtidai istintaqa verdikləri ifadəni təsdiqləməyiblər
Hadisə
15 İyul , 2016 18:07
İŞİD-ın tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlıların məhkəməsi davam etdirilib

Bakı. 15 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən Rufan Ağcabəyov və Marfin Vladimirin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər.

R.Ağcabəyov ifadəsində Suriyada olduğunu təsdiqləsə də, ibtidai istintaqa verdiyi ifadəsini inkar edib: "Suriyada heç bir döyüşlərdə iştirak etməmişəm. Mənim məqsədim Suriyada mühacir kimi yaşamaq olub. Ailəmi də ora aparmaq istəyirdim". 

V.Marfin də istintaqa verdiyi ifadəsini təsdiqləməyib. O, heç bir döyüşlərdə iştirak eləmədiyini bildirib. V.Marfin qeyd edib ki, Milli Qvardiyanın zabiti olub: "Əvvəllər məhkum olmuşam. Suriyada isə 6 ay qalmışam". 

Məhkəmənin növbəti iclası iyulun 26-na təyin edilib.

Qeyd edək ki, R.Ağcabəyov və M.Vladimir keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilən antiterror tədbirləri nəticəsində həbs ediliblər. İttiham aktına əsasən, hər iki şəxs 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Faktlarla bağlı ləğv edilən MTN İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə cinayət işləri başlanılıb.

Xatırladaq ki, Xaçmaz rayonunda anadan olan R.Ağcabəyovun qardaşı Urfan Ağcabəyov Suriyada gedən döyüşlər zamanı öldürülüb. Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində bir neçə il əvvəl beynəlxalq axtarış elan edib və İnterpol üzrə axtarışa verilib. Hər iki qardaş Qarabağ müharibəsi iştirakçısı olub.

Son xəbərlər

Orphus sistemi