Yuxarı

İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlıların apellyasiya icraatına xitam verilib

İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlıların apellyasiya icraatına xitam verilib
Prosesdə apellyasiya şikayətindən imtina edildiyi elan olunub
© Report

Bakı. 27 yanvar. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində İŞİD terror təşkilatının tərkibində vuruşmaqda təqsirləndirilən Afiq Qəhrəmanov və Rəşadət Qasımovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

“Report"un məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayətindən imtina edildiyi elan olunub, apellyasiya icraatına xitam verilib.

Qeyd edək ki, A.Qəhrəmanov və R.Qasımov antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, Azərbaycan hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərin törədilməsində təqsirləndiriliblər.

A.Qəhrəmanov və R.Qasımov Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə ittiham olunublar.

Hər iki şəxs İŞİD terror təşkilatının sıralarına qoşulduqdan sonra Azərbaycana qayıdarkən həbs ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Qəhrəmanov 10 il və R.Qasımov isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi