​İŞİD-ın tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlılar apellyasiya şikayəti verib

​İŞİD-ın tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlılar apellyasiya şikayəti verib İşə hakim Faiq Qasımovun sədrliyi ilə baxılacaq
Hadisə
23 İyul , 2016 15:32
​İŞİD-ın tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlılar apellyasiya şikayəti verib

Bakı. 23 iyul. REPORT.AZ/ Suriyada İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən Elşən İsmayılov və Mirrahim Abdullayevin barələrində olan hökmdən apellyasiya şikayəti verilib.

“Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası iyulun 26-na təyin edilib.

İşə hakim Faiq Qasımovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, ittiham aktına görə, E.İsmayılov və M.Abdullayev bir qrup şəxslərlə qabaqcadan əlbir olaraq, dini düşmənçilik zəminində qanunvericilikdə nəzərdə tutulmayan, terror təşkilatı kimi tanınan silahlı birləşmələrin ("İŞİD") tərkibində vuruşublar. Dini məzhəbləri yaymaq, dini ayinlərin icrası altında Suriyada hökumət qüvvələrinə qarşı aparılan silahlı münaqişədə iştirak etmək məqsədilə “Xəttab” ləqəbli Dəyanət Yadigarovun dəvəti əsasında 29 iyun 2013-cü ildə Gürcüstana, oradan isə Türkiyənin Hatay vilayətinə gediblər. Hatayda şəxsiyyəti istintaqa məlum olmayan Həsən adlı şəxsin köməkliyi ilə qanunsuz olaraq Suriya ərizisinə keçiblər. Orada silahlı təlimlərdə iştirak ediblər, silahdan istifadə qaydalarını öyrəniblər.

Bu il may ayının 26-da Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə E.İsmayılov 15 il və M.Abdullayev isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi