İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlı: "Peşmanam"

İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlı: "Peşmanam" Məhkəmənin növbəti iclası oktyabrın 4-nə təyin edilib
Hadisə
27 Sentyabr , 2017 12:53
İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlı: Peşmanam

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayət Məhkəməsində İŞİD terror təşkilatının təkibində vuruşmaqda təqsirləndirilən Afiq Qəhrəmanov və Rəşadət Qasımovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə A.Qəhrəmanov son sözlə çıxış edib.

O, əməlindən peşman olduğunu, bağışlanılmasını istəyib.

Digər təqsirləndirilən şəxs isə çıxış üçün məhkəmədən vaxt tələb.

Məhkəmənin növbəti iclası oktyabrın 4-nə təyin edilib.

Qeyd edək ki, antiterror tədbirləri nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, Azərbaycan hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsində təqdirləndirilirlər.

A.Qəhrəmanov və R.Qasımov Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə ittiham olunurlar.

Hər iki şəxs İŞİD terror təşkilatının sıralarına qoşulduqdan sonra Azərbaycana qayıdarkən həbs ediliblər.

Son xəbərlər

Orphus sistemi