​İŞİD-in tərkibində döyüşən şəxslərin apellyasiya şikayətinə baxılıb

​İŞİD-in tərkibində döyüşən şəxslərin apellyasiya şikayətinə baxılıb Hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
5 Noyabr , 2015 11:49
​İŞİD-in tərkibində döyüşən şəxslərin apellyasiya şikayətinə baxılıb

Bakı. 5 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Qurbanlı Elşən Əbülfət oğlu, Əzizov Kamran İltifat oğlu, Məmmədov Tural Fazil oğlu, Rəsulov Bəhruz Aydın oğlu və Əlixanov Nadir Mahir oğlu barələrindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un xəbərinə görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən məhkəmədə hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Suriya ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində iştirak etdikləri üçün həmin şəxslər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhruz Rəsulov 12 il, Nadir Əlixanov 13 il, digər təqsirləndirilən şəxslərin hər biri isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Son xəbərlər

Orphus sistemi