Yuxarı

İsfəndiyar Axundovun qardaşı oğlunun maliyyə işlərini aparan şəxs məhkəmədə dindiriləcək

Məhkəmənin növbəti iclası oktyabrın 14-nə təyin edilib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1984-cü il təvəllüdlü Araz Eyvazovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Azad Məcidov iş üzrə adı keçən Eldəniz Axundovun maliyyə işlərini aparan Səməd Abbasovun prosesdə dindirilmək üçün məhkəməyə gətirilməsi barədə qərar qəbul edib.

Məhkəmənin növbəti iclası oktyabrın 14-nə təyin edilib.

Xatırladaq ki, E.Axundov "Şərur-İnşaat" şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğludur. O, A.Eyvazova 2 milyon 770 min dollar nağd pul verdiyini bildirib.

Qeyd edək ki, hadisə 2012-ci ildə baş verib. Məsələ ilə bağlı bir il ibtidai istintaq aparılıb. İş bir dəfə məhkəmədən geri göndərilib.

A.Eyvazov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi