Yuxarı

İşçilərinin 264 min manatını mənimsəməkdə ittiham olunan baş redaktorun məhkəməsi başlayır

İşçilərinin 264 min manatını mənimsəməkdə ittiham olunan baş redaktorun məhkəməsi başlayır

74

Cinayət işinin hazırlıq iclası noyabrın 21-nə təyin edilib

Bakı. 15 noyabr. REPORT.AZ/ "Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

"Report"un məlumatına görə, o, dələduzluqda və rüşvət verməkdə ittiham olunur.

Belə ki, G.Hüseynov öz içilərinin 264 min manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2-ci (iştirakçılığın növləri, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Eldar İsmayılovun icraatına verilib.

Cinayət işinin hazırlıq iclası noyabrın 21-nə təyin edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi