JEK işçilərinin ölümünə səbəb olan sürücünün ibtidai istintaqı başa çatıb

JEK işçilərinin ölümünə səbəb olan sürücünün ibtidai istintaqı başa çatıb Bakı. 21 yanvar. REPORT.AZ/ Göygöldə iki nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Müşfiq Mirzəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
21 Yanvar , 2019 16:50
JEK işçilərinin ölümünə səbəb olan sürücünün ibtidai istintaqı başa çatıb
0 : 00
0 : 00

Bakı. 21 yanvar. REPORT.AZ/ Göygöldə iki nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Müşfiq Mirzəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə ötən il Göygöl şəhərində baş verib. Həmin ərazidə yük maşını aşıb.

Qəza nəticəsində zibil maşının yük yerində olan Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri - 1966-cı il təvəllüdlü İmanov Elman Saleh oğlu və 1967-ci il təvəllüdlü Verdiyev Niyazi Mircəfər oğlu maşının altında qalaraq vəfat ediblər. Maşının kabinasında olan 1980-ci il təvəllüdlü İmanov Habil Telman oğlu və 1978-ci il təvəllüdlü Nəcəfov Vaqif Rengen oğlu xəsarət alıblar.

Zibil maşının sürücüsü M.Mirzəyev isə ağır xəsarət almayıb.

Son xəbərlər

Orphus sistemi