İş adamı Nizami Piriyev azadlığa buraxılıb

İş adamı Nizami Piriyev azadlığa buraxılıb Məhkəmə onun barəsində seçilən həbs qətimkan tədbirini dəyişib
Hadisə
28 May , 2015 17:55
İş adamı Nizami Piriyev azadlığa buraxılıb

Bakı. 28 may. REPORT.AZ/ "Məhkəmə Baş Prokurorluğun təqdimatını əsas götürərək Nizami Piriyevə münasibətdə həbs qətimkan tədbirinin hərəkətin məhdudlaşdırılması ilə əvəz edilməsi barədə qərar qəbul edib". Bu barədə həbsdən azad olunan “PNN Group” şirkətinin təsisçisi Nizami Piriyevin vəkili Muxtar Mustafayev "Report"a açıqlamasında bildirib. 

Onun sözlərinə görə, Nizami Piriyevin barəsindəki həbs qərarının dəyişdirilməsi xahişi ilə müraciət ediblər və məhkəmə müraciətlərini təmin edib. Vəkil bildirb ki, N.Piriyev təhqiqatın obyektiv aparılmasında maraqlıdır və istintaqdan yayınmağa hazırlaşmır: "Biznesmenə qarşı dələduzluq və kredit vəsaitlərinin mənimsənilməsi kimi ciddi ittihamlar irəli sürülüb. Bizsə bu ittihamlarla razı deyilik və onların əsassız olduğunu sübut etməyə çalışacağıq”.

M.Mustafayev qeyd edib ki, müdafiə tərəfi biznesmenin hərəkət azadlığına qoyulan qadağanın ləğvinə də nail olmağa səy göstərəcək: “Biz istintaq orqanlarının bu işi araşdırmaq niyyətinə hörmətlə yanaşırıq. Zavodun tikintisinə Azərbaycan Beynəlxalq Bankından böyük kreditlər cəlb olunub. Lakin sübut edəcəyik ki, bu kreditlərin mənimsənilməsindən söhbət gedə bilməz. İstintaq uzana bilər. Ona görə də biz Nizami Piriyevin hərəkət azadlığına qoyulan məhdudiyyətin ləğvinə nail olmaq istəyirik. Biz Nizami Piriyevi günahsız sayırıq və bunu sübut edəcəyik".

Son xəbərlər

Orphus sistemi