"İrəvan Press" qəzetinin baş redaktorunun məhkəməsində məktəb direktoru dindirilib

"İrəvan Press" qəzetinin baş redaktorunun məhkəməsində məktəb direktoru dindirilib Bakı. 8 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən İrəvan Press qəzetinin baş redaktoru Azər Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
8 İyun , 2018 11:54
İrəvan Press qəzetinin baş redaktorunun məhkəməsində məktəb direktoru dindirilib
0 : 00
0 : 00

Bakı. 8 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən "İrəvan Press" qəzetinin baş redaktoru Azər Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Sumqayıtda məktəb direktoru vəzifəsində çalışan Telman Adıgözəlov ifadə verib.

O qeyd edib ki, təqsirləndirilən A.Abbasov ona zəng edib, görüşmək istədiyini söyləyib: "O, məktəb haqqında yazı yazacağını bildirdi və komputer almaq üçün məndən 500 manat məbləğində pul istədi. Azər mənə hədə-qorxu gəlmədi. Özünü naxçıvanlı kimi təqdim etdi, mən də Naxçıvandam. O, sadəcə, pul istədi".

Məhkəmədə T.Adıgözəlovun ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. O, ilkin dindirilən zaman söyləyib ki, A.Abbasov ona zəng edib, məktəbdə qadın müəllimlərin şalvar geyinməsinə qadağa qoyması ilə bağlı əlində məlumatların olduğunu bildirib: "Məndən 500 manat pul isyəsə də, ona heç nə verməmişəm".

Zərərçəkmiş istintaqa verdiyi ifadəsini təsdiq etdiyini vurğulayıb.

İttihamda qeyd olunub ki, A.Abbasov öz saytında və qəzetində barəsində rüsvayedici məlumlar yaymaqla hədələyərək müxtəlif vəzifəli şəxslərdən pul almaqda ittiham olunur.

Rəsmi məlumata görə, Bakı və regionlardan daxil olmuş ərizələrə əsasən və Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan araşdırmalar nəticəsində "İrəvan Press" qəzetinin və informasiya saytının baş redaktoru Abbasov Azər Arif oğlu xidmətə dəvət olunaraq hədə-qorxu yolu ilə tələb etmə cinayət əməlində ittiham olunaraq saxlanılıb, barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham edilir.

Məhkəmədə elan olunmuş ittiham üzrə A.Abbasov öözünü qismən təqsirli bildiyini söyləyib: "Ola bilər kimisə səhvən hədələmişəm".

Xatırladaq ki, "İrəvan Press" qəzeti və saytının redaksiyası Azərbaycan Nəşriyyatında yerləşir.

Son xəbərlər

Orphus sistemi