İraqın Azərbaycandakı səfirliyinin xanım əməkdaşı Bakıda qəza törədib

İraqın Azərbaycandakı səfirliyinin xanım əməkdaşı Bakıda qəza törədib Faktla bağlı araşdırma aparılır
Hadisə
23 İyul , 2015 11:36
İraqın Azərbaycandakı səfirliyinin xanım əməkdaşı Bakıda qəza törədib

Bakı. 23 iyul. REPORT.AZ/ İraqın Azərbaycandakı səfirliyinin əməkdaşı Bakıda qəza törədib. "Report" xəbər verir ki, səfirlikdə mühasib vəzifəsində çalışan Xədicə Baukranın idarə etdiyi xidməti "Mitsubishi" markalı avtomobil Səbail rayonunun Neftçilər prospektində Bakı şəhər sakini Pərviz Əzizovun sürdüyü "BMW" markalı avtomobillə toqquşub. 

Hadisə zamanı hər iki avtomobil əzilib, xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi