​İraqda baş vermiş terror aktında 3 nəfər ölüb

​İraqda baş vermiş terror aktında 3 nəfər ölüb Hadisə nəticəsində 12 nəfər xəsarət alıb
Hadisə
18 İyun , 2016 22:37
​İraqda baş vermiş terror aktında 3 nəfər ölüb

Bakı. 18 iyun. REPORT.AZ/ İraqda növbəti terror hadisəsi baş verib. "Report"un məlumatına görə, bu haqda Tuz-Xurmatu şəhər administrasiyasının nümayəndəsi Məhəmməd Fek xəbər verib. 

Onun sözlərinə görə, Tuz-Xurmatu şəhərində avtomobildə quraşdırılmış bombanın partlaması nəticəsində iki mülki sakin, bir polis əməkdaşı həlak olub. 

Terror aktı nəticəsində 12 nəfər xəsarət alıb.

Hazırda şəhərdə İŞİD terror qruplaşmasının silahlıları ilə kürd peşmərgələri arasında döyüşlər gedir. 

Son xəbərlər

Orphus sistemi