İraq vətəndaşını döyərək pulun alan şəxsin şikayəti təmin edilməyib

İraq vətəndaşını döyərək pulun alan şəxsin şikayəti təmin edilməyib Ali Məhkəmədə quldurluqda təqsirləndirilən Fəqan Abdullayevin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Hadisə
6 aprel 2019 07:03
İraq vətəndaşını döyərək pulun alan şəxsin şikayəti təmin edilməyib

Ali Məhkəmədə quldurluqda təqsirləndirilən Fəqan Abdullayevin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

"Report"un məlumatına görə, hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, F.Abdullayevin kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, quldurluq hadisəsi ötən il yanvarın 13-də Bakıda baş verib. Belə ki, Bakıda universitetlərdən birində təhsil alan İraq Respublikasının vətəndaşı Biyar Cumaah Shaikani internetdə tanış olduğu 25-26 yaşlı qızlarla Nərimanov rayonundakı gecə klubunda görüşüb. Daha sonra tərəflər arasında narazılıq yaranıb və C.Biyar küçəyə çıxıb. Küçədə isə qızlar köməyə çağırdıqları Anar Kərimov və digərləri ilə birgə iraqlı gənci döyərək ondan 400 manat alıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Kərimov və Fəqan Abdullayev 11 il, Nurlan Məmmədov və Kamran Vahabov 9 il, Elvira Ələsgərova və Çinarə Bəhlulzadə 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Bakıə Apellyasiya Məhkəməsi şikayətləri təmin etməyib. Daha sonra F.Abdullayev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Son xəbərlər

Orphus sistemi