​İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən daha iki nəfər saxlanılıb

​İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən daha iki nəfər saxlanılıb Ümumi təmiz çəkisi 0,108 qram təşkil edən “Metadone” adlı narkotik vasitə aşkarlanıb
Hadisə
12 Yanvar , 2016 19:01
​İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən daha iki nəfər saxlanılıb

Bakı. 12 yanvar. REPORT.AZ/ İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşlarından narkotik vasitə aşkar olunaraq götürülüb. "Report" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Belə ki, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Asif Mürsəlovun əl yükünə nəzarət zamanı məhlul formasında, ümumi təmiz çəkisi 0,108 qram təşkil edən “Metadone” adlı narkotik vasitə aşkar edilib.

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda isə İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı İlyas Şahbazovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 1 ədəd bükümdə, xalis çəkisi 68,450 qram olan narkotik vasitə - tiryək aşkar olunaraq götürülüb.

Son xəbərlər

Orphus sistemi