İrandan gələn şəxsin daxili orqanında narkotik vasitə aşkar edilib

İrandan gələn şəxsin daxili orqanında narkotik vasitə aşkar edilib Faktla bağlı araşdırma aparılır
Hadisə
28 Mart , 2017 10:07
İrandan gələn şəxsin daxili orqanında narkotik vasitə aşkar edilib

Bakı. 28 mart. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Yoxlama zamanı vətəndaşın daxili orqanında (düz bağırsağında) 1 ədəd bükümdə xalis çəkisi 12,970 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi