Yuxarı

​İrandan gələn Azərbaycan vətəndaşının üzərindən heroin tapılıb

Faktla bağlı araşdırma aparılır

Bakı. 21 iyun. REPORT.AZ/ Azərbaycan vətəndaşı piyada yolla İrandan Azərbaycana gələrkən Astara Gömrük İdarəsinin Sərnişin şöbəsində gömrük nəzarəti zamanı hərəkətləri şübhə doğurduğuna görə saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. 

Bu barədə “Report”a Dövlət Gömrük komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, şəxsi yoxlama nəticəsində vətəndaşın üzərindən - sağ və sol ayağına geydiyi idman ayaqqabısının içərisindən, gömrük nəzarətindən gizlədilmiş şəkildə, iki ədəd bağlama və bir ədəd bükümdə, ümumi xalis çəkisi 149,030 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi