İrandan gələn Azərbaycan vətəndaşının üzərində tiryək aşkar edilib

İrandan gələn Azərbaycan vətəndaşının üzərində tiryək aşkar edilib Faktla bağlı araşdırma aparılır
Hadisə
23 Avqust , 2016 11:22
İrandan gələn Azərbaycan vətəndaşının üzərində tiryək aşkar edilib

Bakı. 23 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Astara Gömrük İdarəsinin əməkdaşları idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Astara Sərhəd Nəzarət Məntəqəsinin əməkdaşları ilə birlikdə əməliyyat tədbiri keçiriblər. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, əməliyyat tədbiri nəticəsində, İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı həmin şəxsin daxili orqanında xalis çəkisi 311,46 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi