İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanlarından narkotik aşkarlanıb

İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanlarından narkotik aşkarlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
26 May , 2017 15:41
İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanlarından narkotik aşkarlanıb

Bakı. 26 may. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında İrandan piyada yolla gələn Azərbaycan vətəndaşının üzərində aparılan şəxsi yoxlama zamanı zərurət yarandığından həmin şəxs tibbi müayinədən keçirilib. Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Yoxlama zamanı onun daxili orqanından - düz bağırsağından 3 ədəd bağlamada ümumi çəkisi 63,410 qram narkotik vasitə-heroin və 47,230 qram psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi