İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanında metadon həb aşkar olunub

İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanında metadon həb aşkar olunub Faktla bağlı araşdırma aparılır
Hadisə
3 Aprel , 2017 11:50
İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanında metadon həb aşkar olunub
Courtesy İmage

Bakı. 3 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Məlumata görə, şəxsi yoxlama zamanı vətəndaşın daxili orqanında (düz bağırsağında) bir ədəd bükümdə 34 ədəd metadon adlı həb aşkar olunub.

Xatırladaq ki, metadon adlı həb "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və 34 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 1,36 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi