İrandan gələn Azərbaycan vətəndaşının corablarından heroin çıxıb

İrandan gələn Azərbaycan vətəndaşının corablarından heroin çıxıb Faktla bağlı araşdırma aparılır
Hadisə
30 avqust 2017 07:13
İrandan gələn Azərbaycan vətəndaşının corablarından heroin çıxıb

Bakı. 30 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında İrandan piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Yoxlama zamanı vətəndaşın ayağındakı corabların içəri alt hissəsində 2 ədəd bağlamada olmaqla, ümumi xalis çəkisi 137,471 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi