İrandan gələn Azərbaycan vətəndaşının ayaqqabısından heroin çıxıb

İrandan gələn Azərbaycan vətəndaşının ayaqqabısından heroin çıxıb Faktla bağlı araşdırma aparılır
Hadisə
11 İyul , 2017 13:24
İrandan gələn Azərbaycan vətəndaşının ayaqqabısından heroin çıxıb

Bakı. 11 iyul. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Yoxlama zamanı vətəndaşın ayaqqabısının sol tayının tərliyinin daban hissəsinin altında, 1 ədəd bükümdə xalis çəkisi 0,124 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi