İrandan Azərbaycana yük gətirən maşın yanıb - FOTO

İrandan Azərbaycana yük gətirən maşın yanıb - FOTO Yanğın avtomobilin mühərrik hissəsindəki nasazlıq səbəbindən baş verib
Hadisə
19 Yanvar , 2015 11:48
İrandan Azərbaycana yük gətirən maşın yanıb - FOTO

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycanın Biləsuvar rayonunda İrandan yük gətirən iritonnajlı avtomobil yanıb. "Report"un məlumata görə, hadisə yanvarın 18-i axşam saatlarında Biləsuvar-İran sərhədi avtomobil yolunun Muğan kəndi ərazisində baş verib. İran vətəndaşı Murtuza Məlikzadənin idarə etdiyi qoşqulu yük avtomobili Biləsuvar istiqamətində hərəkətdə olarkən maşın qəfildən alışıb. Hadisə yerinə Biləsuvar yanğından mühafizə hissəsinin texnika və canlı qüvvələri cəlb olunub, alovun avtomobilin qoşqusundakı yükə keçməsinin qarşısı alınıb. İlkin ehtimala görə,yanğın avtomobilin mühərrik hissəsindəki nasazlıq səbəbindən baş verib.

Qeyd edək ki, yanan maşın İrandan Azərbaycana kartof gətirirmiş.

Son xəbərlər

Orphus sistemi