İrandan Azərbaycana qaçaqmal siqaretin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana qaçaqmal siqaretin keçirilməsinin qarşısı alınıb Faktla bağlı araşdırma aparılır
Hadisə
15 iyul 2016 12:35
İrandan Azərbaycana qaçaqmal siqaretin keçirilməsinin qarşısı alınıb

Bakı. 15 iyul. REPORT.AZ/ Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İrandan Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilindən 10 400 ədəd siqaret aşkar edilərək götürülüb. 

Bu barədə “Report”a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycan vətəndaşının avtomobilinə tütün məmulatlarının axtarışı üzrə təlim keçmiş “Belıy” ləqəbli xidməti itin tətbiqi ilə baxış keçirilib. Yoxlama zamanı avtomobilin döşəməsinin sağ və sol tərəf kənarlarında olan boşluqlardan gömrük nəzarətindən gizlədilən 10 400 ədəd siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi