İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxsin məhkəməsi başlayıb

İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası noyabrın 30-na təyin edilib
Hadisə
25 Noyabr , 2016 09:35
İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxsin məhkəməsi başlayıb

Bakı. 25 noyabr. REPORT.AZ/ Lənkəran Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə keçirmək istəyən Emin Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Mehdixan Abdullayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 30-na təyin edilib.

Qeyd edək ki, ötən ilin noyabr ayında Dövlət Gömrük Komitəsnin (DGK) əməkdaşları 2 kiloqrama qədər heroinin Azərbaycan ərazisinə keçirilməsinin qarşısını alıblar. DGK-nın mətbuat xidmətinin yaydığı məlumata əsasən, narkotik vasitə İran İslam Respublikasından Azərbaycana gələn Məmmədov Emin Hidayət oğluna məxsus “Mersedes Benz-200” markalı, 90-GB-883 nömrəli minik avtomobilində aşkar edilib. 

Belə ki, Astara Gömrük İdarəsinin əməkdaşları sərnişin nəqliyyat şöbəsinin gömrük yoxlama xəttində avtomobilə gömrük nəzarətini həyata keçirən zaman “Mimi” ləqəbli kinoloji xidmət iti nəqliyyat vasitəsinin salonuna reaksiya verib. Bunu nəzərə alan gömrükçülər qanunvericiliyin tələbinə uyğun olaraq nəqliyyat vasitəsinə baxış keçirib. Yoxlama zamanı avtomobilin salonunda, alətlər panelinin arxasında gömrük nəzarətindən gizlədilən, qara rəngli kauçuk məmulatına bükülü vəziyyətdə 5 ədəd uzunsov formalı bağlamada ümumi xalis çəkisi 1 kiloqram 850 qram narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi