İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb "Mimi" ləqəbli it nəqliyyat vasitəsinin salonuna reaksiya verib
Hadisə
19 Noyabr , 2015 14:53
İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Bakı. 19 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsnin (DGK) əməkdaşları 2 kiloqrama qədər heroinin Azərbaycan ərazisinə keçirilməsinin qarşısını alıblar. Bu barədə "Report"a DGK-nin mətbuat xidmətindən məlumat verilib. 

Komitədən bildirilib ki, narkotik vasitə İrandan Azərbaycana gələn vətəndaş Məmmədov Emin Hidayət oğluna məxsus "Mercedes Benz-200" markalı 90-GB-883 nömrəli minik avtomobilində aşkar edilib: "Astara Gömrük İdarəsinin əməkdaşları Sərnişin nəqliyyat şöbəsinin gömrük yoxlama xəttində avtomobilə gömrük nəzarətini həyata keçirən zaman "Mimi" ləqəbli kinoloji xidmət iti nəqliyyat vasitəsinin salonuna reaksiya verib. Bunu nəzərə alan gömrükçülər qanunvericiliyin tələbinə uyğun olaraq nəqliyyat vasitəsinə baxış keçirib. Yoxlama zamanı avtomobilin salonunda, alətlər panelinin arxasında gömrük nəzarətindən gizlədilən, qara rəngli kauçuk məmulatına bükülü vəziyyətdə 5 ədəd uzunsov formalı bağlamada ümumi xalis çəkisi 1 kiloqram 850 qram narkotik vasitə-heroin aşkar edilərək götürülüb".

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi