İrandan Azərbaycana narkotik gətirən şəxsin apellyasiya şikayətinə baxılıb

İrandan Azərbaycana narkotik gətirən şəxsin apellyasiya şikayətinə baxılıb Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Hadisə
8 Sentyabr , 2016 09:39
İrandan Azərbaycana narkotik gətirən şəxsin apellyasiya şikayətinə baxılıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qaçaqmalçılıq və narkotik vasitələrinin qanunsuz dövriyyəsində təqsirləndirilən İran vətəndaşı Sərdarpur Fərxəran oğlu Hüseynin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un xəbərinə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, S.Hüseynin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, S.Hüseyn ötən ilin sentyabr ayının 14-də İrandan Azərbaycana keçərkən Biləsuvar rayonu ərazisində saxlanılıb. Baxış zamanı onun üzərindən 1 kiloqramdan artıq narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Hüseyn 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi