​İrandan Azərbaycana narkotik gətirən şəxs apellyasiya şikayəti verib

​İrandan Azərbaycana narkotik gətirən şəxs apellyasiya şikayəti verib İşə hakim Mirpaşa Hüseynovun sədrliyi ilə baxılacaq
Hadisə
18 İyul , 2016 11:55
​İrandan Azərbaycana narkotik gətirən şəxs apellyasiya şikayəti verib

Bakı. 18 iyun. REPORT.AZ/ Qaçaqmalçılıq və narkotik vasitələrinin qanunsuz dövriyyəsində təqsirləndirilən İran vətəndaşı Sərdarpur Fərxəran oğlu Hüseynin barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin baxış iclası iyulun 20-nə təyin edilib.

İşə hakim Mirpaşa Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, S.Hüseyn ötən ilin sentyabr ayının 14-də İrandan Azərbaycana keçərkən Biləsuvar rayonu ərazisində saxlanılıb. Baxış zamanı onun üzərindən 1 kiloqramdan artıq narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Hüseyn 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi