​İrandan Azərbaycana gələn qadının üzərində heroin aşkarlanıb

​İrandan Azərbaycana gələn qadının üzərində heroin aşkarlanıb Narkotik maddə piyada gələn Könül Məmmədovanın üzərindən 4 ədəd bağlamada aşkar olunub
Hadisə
3 Aprel , 2015 11:34
​İrandan Azərbaycana gələn qadının üzərində heroin aşkarlanıb

Bakı. 3 aprel. REPORT.AZ/ Astara Gömrük İdarəsinin sərnişin şöbəsində Azərbaycan vətəndaşının üzərində 175,308 qram narkotik vasitə - heroin aşkar olunub. Bu barədə "Report"a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, narkotik maddə İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Könül Məmmədovanın üzərində 4 ədəd bağlamada aşkar olunub.

Son xəbərlər

Orphus sistemi