İrandan Azərbaycana daxili orqanında heroin keçirən şəxs tutulub

İrandan Azərbaycana daxili orqanında heroin keçirən şəxs tutulub Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir
Hadisə
7 Yanvar , 2016 15:01
İrandan Azərbaycana daxili orqanında heroin keçirən şəxs tutulub

Bakı. 7 yanvar. REPORT.AZ/ İrandan Azərbaycana daxili orqanlarında küllü miqdarda narkotik vasitə olan heroin keçirən şəxs tutulub. 

"Report"un məlumatına görə, Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, rayonun Şahağacı kənd sakini, 33 yaşlı Ramil Ağaddin oğlu Qurbanov saxlanılıb. 

Astara RPŞ-dən "Report"a bildirilib ki, R.Qurbanov heroini İrandan Azərbaycana öz daxili orqanında keçirib: "Astara RPŞ-nin əməkdaşları əməliyyat məlumatı əsasında Ramil Ağaddin oğlu Qurbanovu şübhəli şəxs qismində saxlayıb. O, xəstəxanaya aparılıb və həkim nəzarəti ilə daxili orqanından yeddi bükümdə, ümumi çəkisi 50 qram olan heroin aşkar olunaraq maddi sübut kimi götürülüb. İstintaq zamanı məlum olub ki, R.Qurbanov narkotik vasitəni öz daxili orqanında gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirib. R.Qurbanov istintaqa narkotik vasitəni İran vətəndaşı Hüseyn adlı şəxsdən aldığını deyib". 

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi