Yuxarı

İranda baş verən zəlzələ Azərbaycan ərazisində hiss olunub

Zəlzələ Naxçıvanda 3 bala qədər hiss edilib

Bakı. 22 iyun. REPORT.AZ/ İranda baş verən zəlzələ Azərbaycan ərazisində hiss olunub.

Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Məlumata görə, yerli vaxtla saat 14:47-də Naxçıvandan 76 km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ Naxçıvanda 3 bala qədər hiss olunub.

Yeraltı təkanın maqnitudası 4.6, dərinliyi 5 kilometr olub.

Qeyd edək ki, Tehran Universiteti nəzdində Geofizika İnstitutunun yaydığı məlumata görə, İranda 4,3 bal gücündə zəlzələ olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi