İran vətəndaşının əl yükündə metallik civə və metalaxtaran detektor aşkar edilib

İran vətəndaşının əl yükündə metallik civə və metalaxtaran detektor aşkar edilib Bakı. 15 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsində İrandan Azərbaycana piyada gələn İran vətəndaşının əl yükü rentgen qurğusundan keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb.
Hadisə
15 Dekabr , 2017 11:12
İran vətəndaşının əl yükündə metallik civə və metalaxtaran detektor aşkar edilib
Report

Bakı. 15 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsində İrandan Azərbaycana piyada gələn İran vətəndaşının əl yükü rentgen qurğusundan keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb.

“Report” DGK-ya istinadən xəbər verir ki, bu səbəbdən vətəndaş saxlanılıb və ona məxsus çamadan təkrar yoxlanılıb. Yoxlama zamanı, çamadanda əvvəlcədən gömrük nəzarətinə şifahi, yazılı və ya elektron formada bəyan olunmayan 7 ədəd kiçikölçülü flakonda, təsiredici maddəsinin xalis çəkisi 48,541 qram olan metallik civə aşkar edilib.

Bundan başqa, çamadanda ölkə ərazisinə gətirilməsi üçün müvafiq icazə sənədləri olmayan 1 ədəd portativ (əl) metalaxtaran detektor və 1 ədəd metalaxtaran detektorun funksiyalar bloku aşkarlanıb.

Xatırladaq ki, metallik civə Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Zəhərli maddələrin Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi