İran vətəndaşının daxili orqanlarında Azərbaycana narkotik vasitə keçirməsinin qarşısı alınıb

İran vətəndaşının daxili orqanlarında Azərbaycana narkotik vasitə keçirməsinin qarşısı alınıb Bakı. 8 noyabr. REPORT.AZ/ Dövlət Sərhəd Xidməti (DSX) İrandan gələn şəxsin daxili orqanlarında Azərbaycana narkotik vasitə keçirməsinin qarşısını alıb.
Hadisə
8 Noyabr , 2018 14:23
İran vətəndaşının daxili orqanlarında Azərbaycana narkotik vasitə keçirməsinin qarşısı alınıb

Bakı. 8 noyabr. REPORT.AZ/ Dövlət Sərhəd Xidməti (DSX) İrandan gələn şəxsin daxili orqanlarında Azərbaycana narkotik vasitə keçirməsinin qarşısını alıb. 

Bu barədə "Report"a xidmətin Mətbuat Mərkəzindən məlumat verilib.

DSX-nın keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində “Biləsu­var” dövlət sərhədindən buraxılış məntəqəsində İrandan Azərbaycana gələn İran vətəndaşı 1987-ci il təvəllüdlü Jafari Abouzar Yousefin üzərinə sərhəd və gömrük baxışı keçirilib, ayaqqabısının içərisindən və daxili orqanlarından ümumi çəkisi 440 qram olan narkotik vasitə aşkar­la­na­raq götürülüb.

Saxlanılan şəxs narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olmasını etiraf edib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi