Bakı. 6 iyul. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşına məxsus iki ədəd dərman qutusunda dərman preparatları aşkar olunub.
Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Məlumata görə, qutudan təsiredici maddəsinin ümumi miqdarı 10 qram olan tramadol və təsiredici maddəsinin ümumi miqdarı 5,98 qram olan metadon adlı dərman preparatları aşkar olunub.
Xatırladaq ki, tramadol "Güclü təsir edən maddələr"in Siyahısına, metadon isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.