İran vətəndaşında psixotrop dərman preparatları aşkarlanıb

İran vətəndaşında psixotrop dərman preparatları aşkarlanıb Bakı. 8 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Hava nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin Azərbaycanın gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını alıblar. Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Hadisə
270
8 Dekabr , 2017 12:57
İran vətəndaşında psixotrop dərman preparatları aşkarlanıb
Customs.gov.az

Bakı. 8 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Hava nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin Azərbaycanın gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını alıblar. Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Bakı-Tehran aviareysilə getmək istəyən İran vətəndaşının çantası rentgen aparatından keçirilərkən çantada olan əşyaların monitordakı təsvirləri və sərnişinin hərəkətləri şübhə doğurduğu üçün o, saxlanılıb. Vətəndaşın çantası təkrar yoxlanılıb və çantanın içərisində olan şəxsi əşyaların arasındakı qabda - üzərində "APO 0.5" yazılmış çəhrayı rəngli 15 ədəd həb, üzərində "M 40" yazılmış qəhvəyi rəngli 8 ədəd həb və ağ rəngli 4 ədəd həb aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən çəhrayı həblər alprazolam, qəhvəyi həblər metadon, ağ həblər isə sertralin (asentra) olan dərman preparatlarıdır.

Xatırladaq ki, alprazolam "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr"in III siyahısına daxildir və aşkar edilən 15 ədəd həbdə alprazolamın təsir maddəsinin ümumi miqdarı 0,075 qram təşkil edir. Metadon II siyahıya daxildir və aşkar edilən 8 ədəd həbdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,32 qram təşkil edir. Sertralin (asentra) isə Azərbaycan ərazisində nəzarətdə olan maddələrin siyahısına daxil deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi