İran vətəndaşı Cəlilabadda yol qəzasına düşüb - FOTO

İran vətəndaşı Cəlilabadda yol qəzasına düşüb - FOTO Maşının betona çırpılması nəticəsində sürücü xəsarət alıb
Hadisə
3 Sentyabr , 2017 11:43
İran vətəndaşı Cəlilabadda yol qəzasına düşüb - FOTO

Cəlilabad. 3 sentyabr. REPORT.AZ/ Cəlilabad rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

İran vətəndaşının idarə etdiyi "Renault" markalı avtomobil yol kənarındakı betona çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi