​İran vətəndaşı Biləsuvarda 5 kq narkotiklə tutulub

​İran vətəndaşı Biləsuvarda 5 kq narkotiklə tutulub Jamal Eltefat özünə məxsus “Reno” markalı avtobusla İrandan Azərbaycana sərnişin və yük daşımaqla məşğul olurmuş
Hadisə
12 Sentyabr , 2015 12:07
​İran vətəndaşı Biləsuvarda 5 kq narkotiklə tutulub

Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycanın daxili işlər orqanları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni davam etdirir. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan İran İslam Respublikasının vətəndaşı Jamal Eltefat saxlanılıb. Ondan 5 kiloqram 230 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

Həyata keçirilən tədbirlərlə müəyyən edilib ki, Jamal Eltefat özünə məxsus “Reno” markalı avtobusla İrandan Azərbaycana sərnişin və yük daşımaqla məşğul olur. O, istintaqa məlum olmayan İran İslam Respublikasındakı mənbədən satış məqsədi ilə külli miqdarda tiryəki əldə edərək avtobusun gizli saxlanc yerində gömrük buraxılış məntəqəsindən keçirərək Biləsuvar rayonu ərazisinə gətirib. Burada isə Jamal Eltefat narkotik vasitə olan tiryəki satmaq istəyərkən polis əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Narkotik vasitələrin qanunsuz alqı-satqısına aidiyyəti olan digər şəxslərin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi