​İran səfirinin müavini Bakıda qəzaya düşüb

​İran səfirinin müavini Bakıda qəzaya düşüb Paytaxtda üç avtomobil toqquşub
Hadisə
11 Noyabr , 2015 14:37
​İran səfirinin müavini Bakıda qəzaya düşüb

Bakı. 11 noyabr. REPORT.AZ/ İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin vəzifəli əməkdaşı Bakıda avtomobil qəzasına düşüb.

“Report”un xəbərinə görə, hadisə Xətai rayonunda baş verib.

Belə ki, Nobel prospektində Bakı şəhər sakini 1990-cı il təvəllüdlü İlkin Abdullayev idarə etdiyi “KİA” markalı avtomobillə İran səfirinin müavini, səfirliyin mədəniyyət müşaviri, 1974-cü il təvəllüdlü Əlirza Behbudinin idarə etdiyi səfirliyə məxsus “Peugeot Pars” markalı avtomobili arxadan vurub.

Nəticədə səfir müavininin idarə etdiyi avtomobil qarşıda hərəkət edən 1981-ci il təvəllüdlü Əsədulla Səmədovun sürdüyü "BMW" markalı avtomobilə dəyib. Qəza nəticəsində hər üç avtomobil əzilib, ağır xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi