Yuxarı

​İran bankı Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır

Bakı. 21 sentyabr. REPORT.AZ/ “Bank Melli İran”ın Bakı filialı Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verib.

“Report” xəbər verir ki, İran bankı ziyanın ödənilməsini tələb edir.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, İranın nəhəng banklarından olan “Bank Melli İran” 87 ildir fəaliyyət göstərir. Bankın dünyada 3300 filialı var.

 “Bank Melli İran”ın Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi