İqtisadiyyat Nazirliyi sahibkarlara müraciət edib

İqtisadiyyat Nazirliyi sahibkarlara müraciət edib Bakı. 2 may. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) xarici investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədilə xarici investisiyaların cəlb olunması üçün nəzərdə tutulan layihələrin qəbulunu davam etdirir.
Hadisə
2 May , 2018 12:44
İqtisadiyyat Nazirliyi sahibkarlara müraciət edib

Bakı. 2 may. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) xarici investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədilə xarici investisiyaların cəlb olunması üçün nəzərdə tutulan layihələrin qəbulunu davam etdirir.

“Report” xəbər verir ki, bu barədə nazirliyin sahibkarlara müraciətində bildirilir.

Müraciətdə həmçinin deyilir ki, investisiya layihələri qeyri-neft sektorunun sahələrini əhatə etməli, maliyyə baxımından əsaslandırılmış və iqtisadi cəhətdən səmərəli olmalı, beynəlxalq standartlara cavab verən müəssisələrin yaradılmasını və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulmasını, ixracyönümlü və idxaləvəzləyici, yüksək keyfiyyətli, rəqabətə davamlı məhsulların istehsalını nəzərdə tutmalıdır. İnvestisiya layihələri texniki iqtisadi əsaslandırma (Biznes Plan) ilə birlikdə təqdim edilməlidir.

Son xəbərlər

Orphus sistemi