İqtisadiyyat naziri Niderland-Azərbaycan Dostluq Qrupunun rəhbəri ilə görüşüb

İqtisadiyyat naziri Niderland-Azərbaycan Dostluq Qrupunun rəhbəri ilə görüşüb Bakı. 17 may. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev Niderland Krallığı Senatının sabiq sədri, Niderland-Azərbaycan Dostluq Qrupunun rəhbəri Rene Van der Linden ilə görüşüb.
Hadisə
17 May , 2018 14:57
İqtisadiyyat naziri Niderland-Azərbaycan Dostluq Qrupunun rəhbəri ilə görüşüb
0 : 00
0 : 00

Bakı. 17 may. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev Niderland Krallığı Senatının sabiq sədri, Niderland-Azərbaycan Dostluq Qrupunun rəhbəri Rene Van der Linden ilə görüşüb.

"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, nazir onun Azərbaycanın yaxın dostu olduğunu, Azərbaycan-Niderland əlaqələrinin inkişafı istiqamətindəki fəaliyyətini vurğulayıb. 

Ş.Mustafayevin sözlərinə görə, ölkələr arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Van Der Linden Prezident İlham Əliyev “Dostluq” ordeni ilə təltif edib. Azərbaycan və Niderland arasında əlaqələrin iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, təhsil sahəsini də əhatə etdiyini diqqətə çatdıran nazir Azərbaycan Diplomatik Akademiyası və Maastrixt İdarəetmə Məktəbi arasındakı əməkdaşlığın digər sahələrdə də əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb. Azərbaycan-Niderland iqtisadi əlaqələri barədə danışan nazir Ş.Mustafayev ölkələrimizin kənd təsərrüfatı, sənaye, kimya, ekologiya və s. sahələrdə əməkdaşlıq etdiyini, ticarət dövriyyəsinin 2017-ci ildə 53% artdığını, qarşılıqlı investisiya qoyuluşlarının çoxaldığını və Azərbaycanda Niderland şirkətlərinin aktiv fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bu günlərdə istifadəyə verilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Baş Planı və ümumi layihəsi Niderlandın “Royal Haskoning” şirkəti tərəfindən hazırlanıb və Azərbaycan limanın genişləndirilməsi sahəsində bu şirkətlə əməkdaşlığı davam etdirmək niyyətindədir.

Sumqayıt Kimya Sənaye Parkı barədə məlumat verən iqtisadiyyat naziri parkın 17 rezidentinin, sənaye parkında həyata keçiriləcək layihələrin investisiya dəyərinin 3 mlrd. dollara yaxın olduğunu, parkın rezidentlərinin bir hissəsinin artıq fəaliyyət göstərdiyini, digərlərinin isə bu il və 2019-cu ildə fəaliyyətə başlayacağını diqqətə çatdırıb. SKSP-də yaradılan Peşə Təhsili Mərkəzinə Maastrixt İdarəetmə Məktəbi də cəlb oluna, Niderland şirkətləri ölkəmizdə yaradılan sənaye parklarında iştirak edə, Niderlandın “Çemelot” sənaye parkının rezidentləri Azərbaycanın sənaye parklarında fəaliyyət göstərə bilərlər. Azərbaycan əczaçılıq sahəsində də Niderland şirkətləri ilə əməkdaşlıqda maraqlıdır. Nazir ölkələr arasında əməkdaşlığın intensivləşdirilməsi və təcrübə mübadiləsi ilə mövcud potensialdan daha səmərəli istifadənin mümkünlüyünü diqqətə çatdırıb, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdiyini, maliyyə vəziyyətinin sabit olduğunu, viza rejiminin sadələşdirilməsinin və elektron vizanın tətbiqinin ölkəyə gələn turistlərin sayının artmasında önəmini vurğulayıb.

Niderland Krallığı Senatının sabiq sədri, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Linden Maastrixt İdarəetmə Məktəbinin proqramının Azərbaycan Diplomatik Akademiyasında tətbiqinin əhəmiyyətini qeyd edib, bunun ölkələr arasında əməkdaşlığın inkişafına müsbət töhfə verdiyini vurğulayıb. SKSP nümayəndələrinin də Niderlandın “Çemelot” sənaye parkında olduğunu qeyd edən Rene Van der Linden Azərbaycan şirkətlərinin “Çemelot”da fəaliyyəti üçün imkanlarını diqqətə çatdırıb. O, bildirib ki, Azərbaycanın böyük turizm potensialı var və bu sahədə Niderlandın Ali Turizm Məktəbi ilə əməkdaşlıq mümkündür. Rene Van der Linden Bakı-Maastrixt hava marşrutu üzrə karqo daşımalarının həyata keçirildiyini və hazırda bu marşrutdan sərnişin daşımalarında istifadəyə dair danışıqların aparıldığını da diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi