İntihar məqsədilə özünü dənizə atan şəxs ​xilas edilib

İntihar məqsədilə özünü dənizə atan şəxs ​xilas edilib Hadisə Səbail rayonunda qeydə alınıb
Hadisə
7 İyul , 2015 14:18
İntihar məqsədilə özünü dənizə atan şəxs ​xilas edilib

Bakı. 7 iyul. REPORT.AZ / Bakının Səbail rayonunda dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə Səbail rayonunda dənizdə ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1500 metr uzaqlıqda, nəzarətsiz ərazidə qeydə alınıb.

İntihar etmək məqsədilə özünü dənizə atan 1 nəfəri dalğıc-xilasediciləri sudan çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Son xəbərlər

Orphus sistemi