"İnterpol” xətti ilə Türkiyədə həbs edilən şəxsə hökm oxunub

"İnterpol” xətti ilə Türkiyədə həbs edilən şəxsə hökm oxunub Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilən Haldun Hacıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
5 Sentyabr , 2019 17:15
İnterpol” xətti ilə Türkiyədə həbs edilən şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilən Haldun Hacıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, H.Hacıyev 5 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 1983-cü il təvəllüdlü H.Hacıyev dələduzluq və rəsmi sənədləri saxtalaşdırmada təqsirli bilinir. Vətəndaşların şikayətləri əsasında H.Hacıyev barəsində hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb, lakin o, istintaqdan yayınıb. Daha sonra H.Hacıyev “İnterpol” xətti ilə axtarışa verilib və Türkiyədə saxlanılıb. O, bir müddət sonra Azərbaycana ekstradisiya edilib.

Cinayət işində 5 zərərçəkmiş var.

Son xəbərlər

Orphus sistemi