Bakı
"Report" xəbər verir ki, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası yanvarın 7-nə təyin edilib.
Qeyd edək ki, 1983-cü il təvəllüdlü H.Hacıyev dələduzluq və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinir. Vətəndaşların şikayətləri əsasında H.Hacıyev barəsində hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb. Lakin o, istintaqdan yayınıb. Daha sonra H.Hacıyev “İnterpol” xətti ilə axtarışa verilib və Türkiyədə saxlanılıb. O, bir müddət sonra Azərbaycana ekstradisiya edilib.
Cinayət işində 5 zərərçəkmiş var.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Hacıyev 5 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.